waplog

İstənilən səthin üzərinə enə bilən robot yaradılıb


“Science” jurnalında dərc edilmiş məqalədə yazılıb ki, Harvard Universitetinin alimləri tərəfindən yaradılmış “RoboBees” adlı qeyri-adi mikrorobot yarasa, arı və ya kəpənək kimi istənilən səthin üzərinə enmək və “istirahət” etmək qabiliyyətinə malikdir.

"Bir çox heyvanlar enerjiyə qənaət etmək üçün budağın üstündə oturur, divar və başqa səthə yapışaraq dayanırlar. Lakin qısqac ölçüsündə robotun quraşdırılması zamanı caynaq və yapışqan yastıqçılardan istifadə etmək olmaz, çünki onların mexaniki analoqu strukturuna görə son dərəcə mürəkkəbdir və ya kifayət qədər gücə malik deyil" – Harvard Universitetində işləyən Kevin Ma deyib.

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, Kevin Ma və onun həmkarları bu gün kiçik robotların inkişafında əsas problemlərdən birini (az enerji ehtiyatına malik olması) həll etməyə çalışıblar.

Harvard Universitetinin mühəndisləri bu problemin həlli üçün kiçik ölçülü robot və onun səthinin elektriklə yüklənməsindən istifadə ediblər. Alimlər öz müşahidələrinə əsasən bildiriblər ki, elektrikləndirilmiş robot divara, hətta tavana yapışa bilər.

Bu ideyanı əldə rəhbər tutan məqalə müəllifləri tərəfindən yaradılmış bir neçə robotun çəkisi (100 milliqram) təxminən canlı analoqlarda olduğu kimidir və həmçinin betonun səthinə, ağaca və hətta şüşənin üstünə eniş edə bilir. Alimlərin sözlərinə görə, robot belə vəziyyətdə uçuş zamanı olduğundan təxminən 1000 dəfə az enerji sərf edir.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL