waplog

Süni intellekt film üçün ssenari yazıb


Rejissor Oskar Şarp qeyri-adi qısametrajlı film çəkib. “Quartz” nəşri yazır ki, film üçün ssenari ən güclü kompüterdə işləyən neyroşəbəkə tərəfindən yazılıb.

“ICTnews” Elektron Xəbər Xidməti “mail.ru” saytına istinadən yazır ki, “Nvidia Tesla K80” hesablama prosessorunda işləyən süni intellekt bütün ssenarini (personajların obrazlarını, dialoqları, hərəkətləri və hətta film üçün musiqi müşayiətini) tamamilə özü hazırlayıb.

Filmin süjetinə əsasən, gələcəkdə dünyada işsizlik hökm sürür və insanlar sağ qalmaq üçün öz qanını satmaq məcburiyyətindədir.

Emil Hüseynov




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL