waplog

Məsafədən insanları idarə etməyə imkan verən şlem yaradılıb


Amerikalı entuziast Allen Pen tərəfindən hazırlanmış şlem radio ilə idarə olunan avtomobil pultunun köməyi ilə insanı idarə etməyə  imkan verir.

Allen Pen qurğunun prototipi qismində Marvel şirkətinin komikslərindən professor İksın şlemini seçib. O, sözügedən qurğunun yaradılmasında radio ilə idarə edilən oyuncaq avtomobil pultu, həmçinin cərəyan məhdudlaşdırıcısından istifadə edib.

“ICTnews” Elektron Xəbər Xidməti “mail.ru” saytına istinadən xəbər verir ki, Pen tərəfindən yaradılmış sxem elektrodlara cərəyan verilməsini idarə edir. Sxem qulaqların ətrafında bərkidilir və qalvanik vestibulyar stimulyasiyanı yerinə yetirir.

Operator məsafədən idarəetmə pultunun köməyi ilə komanda verdikdə şlemi başına taxmış insan elə hiss edir ki, onun bədəninin vəziyyəti sanki dəyişir. O, zəif cərəyanların təsiri altında avtomatik olaraq müvazinəti saxlamağa çalışır. Şlem taxmış insan operator komandasına əsasən müvafiq istiqamətə doğru hərəkət edir.

Pen şlemi öncə özü sınaqdan keçirib, sonra könüllülərə qurğunu sınaqdan keçirməyi təklif edib. Sınaqların nəticəsi uğurlu olub.


Emil Hüseynov




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL