waplog

30 dəqiqəyə xəstəlikləri aşkar edən yığcam analizator yaradılıb


“Spartan Bioscience” şirkəti dezoksiribinuklein turşusunun (DNT) analizi üçün “Spartan Cube” adlı yığcam aparatını təqdim edib. Sözügedən qurğu 30 dəqiqə ərzində xəstəlik, mikrob və ya infeksiya üzrə tam genetik analiz aparmaq qabiliyyətinə malikdir.

“ICTnews” Elektron Xəbər Xidməti “mail.ru” saytına istinadən xəbər verir ki, qurğu 10 sm ölçüsündə kub formasındadır. Analizator bir sıra xəstəlikləri, yoluxucu bakteriyaları və zərərli mikrobları aşkar edə bilir. Cihazı suyun çirklənməsi, məhsulların keyfiyyəti və ya insanlarda xəstəliklərin aşkar edilməsinin analizi üçün istifadə etmək olar.

Analizin nəticəsini “Wi-Fi” texnologiyasının köməkliyi ilə planşet və ya noutbuka yükləmək mümkündür.
Hazırda “Spartan Cube” analizatorunun prototipi düzəldilib. Ancaq iyulun sonunda Filadelfiyada keçiriləcək konfransda istehsalçılar qurğu haqda daha ətraflı məlumat verəcəklər.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL