waplog

İlk modulyar "ağıllı" saatlar ilkin sifariş üçün əlçatandır


Modulyar "ağıllı" saatlar istehsalçısı “Blocks” şirkətinin qurğularını ilkin sifariş etmək mümkündür. Daşınan cihazın funksionallığını genişləndirmək üçün onu 6 müxtəlif modulla təchiz etmək olar.

"Ağıllı" saat “Qualcomm” şirkətinin daşınan qurğular üçün xüsusi prosessoru ilə təchiz edilib. İndi “Blocks” saatları üçün 6 qoşulan modul əlçatandır: əlavə akkumulyator, fənər, “GPS” və “QLONASS” modulu, pulsometr, həmçinin əlavə düyməyə malik blok. Qurğu toz və suya qarşı dayanıqlıdır.

“ICTnews” Elektron Xəbər Xidməti “mail.ru” saytına istinadən xəbər verir ki, “Blocks” saatları öz əməliyyat sisteminə malikdirlər. Sözügedən saatlar “Android” və “iOS” əməliyyat sistemli smartfonlarla işləyə bilər.
Xüsusiyyətləri:

Prosessor: “Snapdragon 2100 Wear”;

Yaddaş: 512 MB əməli və 4 QB daxili yaddaş;

Ekran: 400x400 təsvir ölçülü 1.39 düymlük “AMOLED” displeyi;

Akkumulyator: 300 milliamper/saat;

Rabitə: “Wi-Fi (802.11 b/g/n)” və “Bluetooth 4.1”.

Bir qurğunun dəyəri 330 dollar təşkil edir. Tədarük dəstinə 4 modul daxildir. Hər bir əlavə modul 35 dollara başa gələcək.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL