waplog

Alimlər “3D” printerdə yeni material çap ediblər


Massaçusets Texnologiya İnstitutunun mütəxəssisləri “Cillia” adlı yeni material yaradıblar. Yeni material “3D” printerlərdə keçirilmiş sınaqlar nəticəsində əldə edilib.

“Cillia” materialı görünüşcə xalçaların üzərindəki incə tükcükləri xatırladır, amma bu tükcüklər xüsusi plastikdən hazırlanıb və qalınlığı 50 mikronu ötmür. Belə parametrlər “Cillia” materialının müxtəlif sahələrdə tətbiqinə imkan verir.

“ICTnews” Elektron Xəbər Xidməti “infox.ru” saytına istinadən xəbər verir ki, amerikalı alimlər “Cillia” materialını çap etmək üçün “l33t” adlı “3D” printerdən istifadə ediblər. Onun üçün yazılmış orijinal proqram təminatı  istənilən sayda material çap etməyə və onun ən nazik detallarını (tükcüklərin hündürlüyü, kvadrat santimetr üzrə onların ümumi sayı, həmçinin onların qalınlığı) sazlamağa imkan verir.

“Cillia” materialı bəzi özəlliklərə malikdir. Məsələn, vibrasiyaya qarşı çox həssasdır. Vibrasiyanı idarə etməklə “Cillia” materialını hərəkətverici materiala çevirmək olar: kiçik ölçü və çəkiyə malik istənilən obyekti tükcüklərin üzərinə qoymaq kifayətdir və o, təyin edilmiş istiqamətdə hərəkət edəcək. Bu, sözügedən material üçün istifadə variantlarından biridir.

“Cillia”nın yaradıcıları materialın müxtəlif mühərrik və qurğularda tətbiqini proqnozlaşdırırlar, bundan başqa sözügedən material səsli titrəyişlərə və toxunuşlara çox həssas reaksiya verir ki, bu da plastik tükcüklərin ənənəvi sensor səthlərin əvəzinə istifadəsinə imkan verəcək.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL