waplog

“Facebook”un aktiv istifadəçilərinin sayı 1.7 milyardı ötüb


Hər ay “Facebook” sosial şəbəkəsinə daxil olan istifadəçilərin sayı 1.71 milyardı ötüb. Bu haqda “Facebook”un hesabatında qeyd olunub.

Hesabat məlumatlarına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 15% yüksəlib. 2016-cı ilin iyununda gündəlik “Facebook”a daxil olan istifadəçilərin sayı 1.13 milyard nəfər təşkil edib.

“ICTnews” Elektron Xəbər Xidməti “newsru.com” saytına istinadən xəbər verir ki, hesabatda, həmçinin mobil qurğular üzərindən sosial şəbəkəyə daxil olan aktiv istifadəçilərin sayı qeyd olunub. Sözügedən sosial şəbəkənin aylıq mobil auditoriyası 1.57 milyard nəfər (+20%), gündəlik isə 1.03 milyard nəfər (+22%) təşkil edir.

Həmçinin “Facebook”un cari ilin 2-ci rübü üzrə maliyyə göstəriciləri hesabatda öz əksini tapıb. Belə ki, ötən illə müqayisədə şirkətin ümumi mədaxili 59% artaraq 6.44 milyard dollar təşkil edib. “Facebook”un xalis rüblük gəliri ötən illə müqayisədə 3 dəfə artaraq 2.06 milyard dollar təşkil edib.

Qeyd edək ki, bir həftə öncə “Facebook”un messencerində 1 milyard aktiv istifadəçi qeydə alınıb.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL