waplog

“Apple” şirkəti boşluqların aşkar edilməsinə görə 200 min dollar ödəməyə hazırdır


“Apple” şirkətinin nümayəndələri bəyan ediblər ki, onların istehsalı olan qurğuların fəaliyyətində səhvlərin tapılmasına görə kompüter mütəxəssislərinə 200 min dollara qədər məbləğ ödəməyə hazırdırlar. Belə addım şirkətin məhsullarının keyfiyyətinin artırılmasına xidmət edir. Ödəniləcək məbləğ aşkar edilmiş problemin əhəmiyyətindən asılı olaraq dəyişəcək.

“ICTnews” Elektron Xəbər Xidməti belta.by saytına istinadən xəbər verir ki, “Apple” şirkəti hələ ki, yalnız indiyədək əməkdaşlıq etmiş ekspertlərlə işləyəcək.

Ancaq yaxın gələcəkdə mobil texnologiyalar sahəsində başqa mütəxəssislərin cəlbi istisna edilmir.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL