waplog

Rekord tutuma malik “SSD” daşıyıcı təqdim edilib


ABŞ-ın “Seagate” şirkəti məlumat mərkəzlərində istifadə üçün nəzərdə tutulmuş 60 TB tutumunda “SSD” daşıyıcı təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti newsru.com saytına istinadən yazır ki, şirkətin nümayəndələrinin sözlərinə görə, yeni rekord tutuma malik daşıyıcı tutum və məlumatların sıxlığına görə “SSD” bazarda mövcud olan diskləri dörd dəfə ötür. Belə ki, bu sərt gövdəli disk 400 milyonadək foto və ya 12 minədək “DVD” film saxlamaq qabiliyyətinə malikdir.

Qurğunun elastik arxitekturası sayəsində yaxın perspektivdə diskin tutumu 100 TB-dək artırıla bilər.
Şirkətin planlarına əsasən, rekord tutuma malik “SSD” disk 2017-ci ildə bazara çıxarılacaq. Qurğunun dəyəri və çıxarılış müddəti dəqiq bilinmir.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL