waplog

Ən erqonomik smartfon yaradılıb


Müasir smartfonların istehsalı ilə məşğul olan şirkətlər elastik və ya tamamilə şəffaf displey yaratmaqla məşğul olduqları bir vaxtda “Echo” şirkəti məsələyə başqa istiqamətdən yanaşıb.

“ICTnews” Elektron Xəbər Xidməti fainaidea.com saytına istinadən xəbər verir ki, “Echo” –  insan qulağına uyğunlaşdırılmış smartfondur. Adi kvadrat və ya düzbucaqlı smartfonla müqayisədə “Echo” ilə danışmaq daha rahatdır, çünki smartfon qulaq üçün uyğunlaşdırılıb. Bundan başqa, telefonla danışarkən başqa iş görmək lazımdırsa, onda smartfonu çiynin köməyi ilə saxlamağa gərək yoxdur.  Belə ki, onu qarnitura çevirərək qulağa taxmaq olar.

Smartfon qeyri-adi damcışəkilli formaya malikdir, adi smartfonla müqayisədə qalın və kiçik ölçülüdür.
“Echo” da  başqa smartfonlar kimi geniş funksionala və sensor ekrana malikdir.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL