waplog

İnsan kəlləsinin vibrasiyası onun eyniləşdirilməsində istifadə oluna bilər


Almaniyanın bir neçə universitetində işləyən alimlər tərəfindən hazırlanmış kompüter eynəyi istifadəçini onun kəlləsinin unikal vibrasiyasına görə müəyyənləşdirir.

Yeni qurğu “SkullConduct” adlandırılıb.

“ICTnews” Elektron Xəbər Xidməti nat-geo.ru saytına istinadən yazır ki, “SkullConduct” qurğusunun iş prinsipi sümük toxumasının səsi keçirmə qabiliyyətinə əsaslanır; indi bu üsul eşitmə aparatlarının hazırlanmasında aktiv tətbiq edilir. Yeni qurğu kəllə vasitəsilə səsi ötürən daxili dinamikə malik xüsusi eynək formasındadır, mikrofon isə səs dalğalarının dəyişikliyini qeydə alır.

Hər bir insanda mövcud olan beyin dalğalarnı saxtalaşdırmaq mümkün deyil. Hazırda alimlər istifadəçinin eyniləşdirilməsi üzrə 97% dəqiqliyə nail olublar. Sistem “Google Glass” və virtual reallıq eynəyinə, gələcəkdə smartfonlara tətbiq edilə bilər. Bu, istənilən şəxsi hesaba təhlükəsiz və sürətli daxil olmağa imkan verəcək.

Emil Hüseynov




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL