waplog

Yumşaq materiallardan robot hazırlanıb


Varşava universitetinin alimləri tərəfindən yaradılmış bir neçə santimetr ölçüsündə olan robot tırtılın hərəkətlərini dəqiq icra edir.

“ICTnews” Elektron Xəbər Xidməti hi-news.ru saytına istinadən yazır ki, polşalı mühəndislər tərəfindən yaradılmış robot yumşaq materiallardan hazırlanıb və ölçüsü o qədər kiçikdir ki, barmağın ucunda yerləşə bilər. Karkas və robotun hərəkət modelinin hazırlanmasında yalnız mühəndislər deyil, həm də fizioloq və bioloqlar iştirak ediblər. Belə əməkdaşlıq nəticəsində tırtılın hərəkətini dəqiq canlandırmaq mümkün olub və ona yalnız irəli-geri sürünmək deyil, həmçinin dönmək və maneələri dəf etmək öyrədilib. Bundan başqa, kiçik ölçülü robot öz çəkisindən 10 dəfə ağır yük daşımaq qabiliyyətinə malikdir.

Robotun karkasının əsasını plastik materialdan hazırlanmış yumşaq konstruksiyalar təşkil edib.
Layihənin direktoru Pyotr Vaşilçjek öz ixtirası haqda aşağıdakıları deyib:

"Yumşaq materiallardan hazırlanmış robotlar robot texnikasının inkişafında yeni mərhələ ola bilər. Gələcəkdə bu cür texnologiyalar qidalanma elementlərinin qurulmasını yüngülləşdirə bilər və robotların hərəkət funksionallığını xeyli genişləndirə bilər. Hazırda biz bu yolun başlanğıcındayıq".

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL