waplog

2017-ci ildə uçan taksilər istifadəyə veriləcək


“Airbus” aviatikinti şirkəti sürücüsüz idarəetmə funksiyasına malik uçan taksi hazırlamağı planlaşdırır. Bu haqda “Airbus Group” mətbuat xidməti məlumat verib.

“ICTnews” Elektron Xəbər Xidməti “motor.ru” saytına istinadən yazır ki, hazırda fransızlar yeni uçan aparatla bağlı bir neçə həlli nəzərdən keçirir. Mühəndislər qrupu Silikon vadisində “Project Vahana” adlanan belə həllərdən biri üzərində çalışır.

Sürücüsüz idarə olunan uçan taksi bir sərnişin və onun baqajı üçün əlçatandır. Avtonom idarəetmə sistemi ilə təchiz edilmiş uçan aparat havada digər obyektlərin yerini müəyyənləşdirərək toqquşmalardan yayına biləcək.

2017-ci ilin ortalarında Sinqapurda uçan taksinin sınaqlarına başlanacaq.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL