waplog

İlk noutbuk yaradıcılarından biri vəfat edib


Dünyanın ilk noutbuk yaradıcılarından biri Con Allenbi avqustun 17-də ABŞ-da vəfat edib. Bu barədə “The New York Times” nəşri 10 gün sonra alimin oğluna istinadən məlumat verib. 75 yaşında dünyasını dəyişən C.Allenbinin ölüm səbəbi hələ ki məlum deyil.

“ICTnews” Elektron Xəbər Xidməti “DNI24” resursuna istinadən yazır ki, Böyük Britaniyada anadan olan C.Allenbi 1980-ci illərin əvvəllərində Kaliforniya ştatında "Grid Systems” şirkətini təsis edib. O, konstruktor Uilyam Moqqric ilə birlikdə ixtiraçılar qrupu yaradaraq 1982-ci ildə bazara çıxarılan ilk portativ “Compass” kompüterini hazırlayıb. Kompüterin ilk alıcıları kimi adi istehlakçılar deyil, ABŞ-ın xüsusi təyinatlı qoşunları və xüsusi xidmət orqanları çıxış edib.

Belə portativ kompüterlərdən biri 28 yanvar 1986-cı ildə uçuşun 73 saniyəsində partlayan “Challenger” kosmik gəmisinin göyərtəsində olub. Qəza yeddi ekipaj üzvünün həyatına son qoysa da, "Compass” möcüzə nəticəsində salamat qalıb.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL