waplog

“Azərpoçt” MMC-dən pulsuz danışıq dəqiqələri qazanın


Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC sürətli pul köçürməsi ilə pul göndərən və qəbul edən müştəriləri həvəsləndirmək üçün sentyabr ayının 1-dən etibarən yeni aksiyaya start verir.
 
Aksiyanın şərtlərinə görə, istənilən poçt şöbəsində “Zolotaya Korona” beynəlxalq pulköçürmə sistemi üzərindən pul göndərən və ya qəbul edən “Bakcell” şirkətinin hər bir “Ulduzum” istifadəçisi 5 (beş) şəbəkədaxili pulsuz dəqiqələr əldə edəcək.
 
Bunun üçün abunəçi mütləq öz “Bakcell” nömrəsini əməliyyatçıya təqdim etməlidir. Əldə olunan dəqiqələr yükləndikdən sonra 3 gün müddətində istifadə oluna bilər.
 
Qeyd edək ki, aksiya dekabr ayının 1-dək qüvvədədir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL