waplog

Sumqayıtda genişzolaqlı internet istifadəçilərinin sayı artıb


Sumqayıtda genişzolaqlı internet istifadəçilərinin sayı artıb. Bu istiqamətdə aparılan işlərin tərkib hissəsi olaraq EATS-653-də 224, EATS-656-da 128, EATS-658-də və 64 port Bağlar massivində montaj olunaraq istifadəyə verilib.

Bundan başqa əlillərin telefon və genişzolaqlı internet xidmətlərindən yüksək səviyyədə istifadə etməsi üçün 18 mikrorayon ərazisində əlillər üçün tikilən binaya 16 portluq DSLAM avadanlığı qurulub.

Daha sonra EATS-643-ün ərazisində uzaq məsafədə yaşayan abunəçiləri daha sürətli və keyfiyyətli internetlə təmin etmək üçün İAD avadanlığı qurularaq istifadəyə verilib.

Xatırladaq ki, Sumqayıtda elektron ATS-lərin NGN texnologiyası əsasında tamamilə yenidən qurulması abunəçilərə bütün multimedia xidmətlərindən istifadə üçün şərait yaradıb.

Qeyd edək ki, Sumqayıt TKQ regionlar üzrə ən çox genişzolaqlı internet istifadəçisinə görə öndədir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL