waplog

TED NELSON – O, kompyuteri bütün insanlar üçün əlçatan etmək istəyir


Tam adı: Teodor Holm Nelson

Doğum tarixi: 1937-ci il 17 iyun

Doğum yeri: Nyu-York, ABŞ

Fəaliyyət növü: Biznes

Vəzifə: "hypertext" anlayışının ixtiraçısı, “Xanadu” hipermətn sisteminin yaradıcısı

Teodor Holm Nelson Amerika sosioloqu və filosofudur. O, 1937-ci ildə Nyu-Yorkda “Grammy” mükafatının mərhum laureatı Ralf Nelsonun və Akademiyanın mükafatını almış aktrisa Seleste Holmun ailəsində dünyaya göz açıb.

Onun etnik mənsubiyyəti norveç-amerikalıdır. Nelson, dünyada 1962-ci ildə "hipermətn" terminini ixtira edən və onu 1965-də geniş kütləyə çatdıran insan kimi tanınır.

O, həmçinin, ilk dəfə "hipermühit" və ya "hipermedia" kimi anlayışlardan istifadə edərək yeniliklərlə çıxış etmişdir.

Nelson, işinin əsas məqsədini kompyuterləri adi insanlar üçün asan başa düşülən etmək hesab edirdi. Onun şüarı: "İnterfeys o qədər sadə olmalıdır ki, hətta təcrübəsiz istifadəçi belə kritik vəziyyətdə ondan 10 saniyə ərzində baş çıxara bilsin".

Ted Nelson 1960-cı ildə sadə istifadəçi interfeysi ilə kompyuter şəbəkəsi sisteminin yaradılması məqsədi ilə “Xanadu” layihəsini yaradır.

O, "Xanadu" adını S.T. Kolricin "Kubla Xan" poemasından götürüb. “Xanadu” hipermətn sistemi 1974-cü ildə "Computer Lib" və "Dream Machines" kitablarında və 1981-də "Literary Machines" kitabında təsvir edilib.

Ted Nelson “Xanadu” sisteminin əsasını təşkil edən əsas ideyaları aşağıdakı qaydada təsvir edir: "Texniki deyil, ədəbi ideyaları əsas tutaraq biz qarşılıqlı əlaqə, mətnin saxlanılması və axtarışı üçün sistem yaratdıq”.

Nelsonun son məqsədi bütün dünya ədəbiyyatının onlayn rejimə keçirilməsi idi. Ted Nelson həyatının əhəmiyyətli hissəsini “Xanadu” layihəsinin hazırlanmasına və reallaşdırılmasına həsr edib.

Geniş müzakirə edilən müxtəlif səbəblərə əsaslanaraq “Xanadu” layihəsinin icrası mümkün sayılmırdı.

Jurnalist Hari Volf 1995-ci ilin iyun ayında “Wired magazine” jurnalında Nelsonun və onun layihəsinin acınacaqlı tarixini dərc edib. Məqaləyə cavab olaraq Nelson jurnalistin veb-saytında öz hiddət və nifrətini ifadə edib.

Nelson nəzəriyyəsinin bəzi aspektləri Tim Berners-Li tərəfindən ixtira edilmiş “Ümumdünya hörümçək toru”na uyğun olaraq istifadə edilə bilərdi, lakin Ted Nelson “World Wide Web”, “XML” haqqında narazılığını bildirir və iddia edir ki,Tim Berners-Linin işi onun işinin olduqca sadələşdirilmiş variantıdır.

Nelson, həmçinin “ZigZag” adlı yeni informasiya strukturunu hazırlayıb. Onun haqqında məlumat “Xanadu” layihəsinin veb-saytında yerləşir.

Hal-hazırda Ted Nelson Oksford Universitetinin həm filosofu, həm də professorudur və informasiya, kompyuter və istifadəçi interfeysləri sahəsində işləyir.

Ted Nelson 1959-cu ildə Swarthmore Kollecində fəlsəfə üzrə bakalavr, 1963-cü ildə Harvard Universitetində sosiologiya üzrə magistr və 2002-ci ildə Keio Universitetində KİV və İdarəetmə sahəsində doktor dərəcəsi alıb.

1998-ci ildə Avstraliyanın Brisbon şəhərində keçən “World Wide Web” Konsorsiumunun 17-ci konfransında Ted Nelson Yuri Rubinski adına mükafat alıb. Nelson konfransda iştirakçılara bildirib ki, bu onun öz layihəsinə görə aldığı ilk mükafatdır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL