waplog

2021-ci ilə dünyada qurğulararası qoşulmaların sayı 733 milyona yaxınlaşacaq


Britaniyanın "Ovum" şirkətinin proqnozuna əsasən, 2021-ci ilə dünyada "M2M" ("Machine-to-Machine" – qurğudan qurğuya) qoşulmaların sayı 733 milyona yaxınlaşacaq və "M2M" xidmətlərdən əldə edilən qlobal gəlirin həcmi isə 67 milyard dollar təşkil edəcək. Analitiklərin məlumatına görə, 5 il sonra 212 milyon "M2M" qoşulma "LTE" texnologiyası ilə işləyəcək.

"ICTnews" Elektron Xəbər Xidməti "comnews.ru" saytına istinadən yazır ki, "Ovum" şirkətinin araşdırmasına əsasən, 2021-ci ilə mobil "M2M" qoşulmaların sayı dünyada 733 milyonu ötəcək.
Tədqiqat şirkətinin hesabatına əsasən, 2021-ci ilədək bu xidmətlərdən əldə edilən qlobal gəlirin həcmi 67 milyard dolları ötəcək. Bu halda "M2M" xidmətlərdən əldə edilən ümumi gəlir üzrə orta illik artım tempi 13.3% təşkil edəcək. Ən böyük gəlir Asiya-Sakit okean regionu (22 milyard dollar), Şimali Amerika (16 milyard dollar) və Qərbi Avropadan (14 milyard dollar) gözlənilir.

"Ovum" şirkətinin ekspertləri hesab edirlər ki, uzunmüddətli perspektivdə "M2M" qoşulma üçün "LTE" texnologiyası əsas olacaq. 2021-ci ildə "2G" və "4G" şəbəkələrinin vəziyyəti eyni olacaq, 172 milyon qoşulma isə "3G" şəbəkəsinin payına düşəcək.

Britaniya şirkətinin aparıcı mütəxəssisi Paul Trotter belə hesab edir ki, biznes 2020-ci ilədək "2G" şəbəkəsindən imtina etməyəcək, əksinə, "2G" şəbəkəsi bəzi şirkətlər üçün 2025-ci ilədək aktual olacaq.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL