waplog

8 sentyabr – Beynəlxalq Savadlılıq Günüdür


Bu gün dünyada Beynəlxalq Savadlılıq Günü qeyd edilir. BMT-nin Baş katibi Pan Gi Mun bu münasibətlə hökumətləri özəl sektordan olan tərəfdaşlarla birgə böyüklər və uşaqlar arasında savadlılığın artırılmasına və ədalətli cəmiyyətin qurulmasına nail olmağa səsləyib.

"Bu il dünya 2030-cu ilə qədər olan dövrdə davamlı inkişaf sahəsində miqyaslı və köklü dəyişikliklərə hesablanmış gündəliyin həyata keçirilməsinə başlayıb. Davamlı inkişaf sahəsində 17 universal, kompleks və bir-birindən asılı məqsəddən ibarət olan bu gündəlik insanlar, planet, əməkdaşlıq və sülh naminə fəaliyyət planından ibarətdir" – Baş katib deyib.

“ICTnews” Elektron Xəbər Xidməti “un.org” saytına istinadən yazır ki, o vurğulayıb ki, savadlılıq 2030-cu ilə qədər olan dövrdə davamlı inkişaf sahəsində gündəliyin əsasını təşkil edir. O, insan hüquqları, gender bərabərliyi və sabit cəmiyyətin quruculuğunun təminatının bünövrəsini təşkil edir, həmçinin ifrat yoxsulluğun aradan qaldırılması və planetdə əmin-amanlığın təmini üçün lazımdır.

BMT-nin Baş katibi vurğulayıb ki, son 50 ildə əldə olunmuş nailiyyətlərə baxmayaraq, dünya hələ ümumi savadlılığın təmin edilməsinə nail olmayıb. O, öz müraciətində nəzərə çatdırıb ki, müasir rəqəmli dünyada hələ də 750 milyon insan savadsızdır. Onların üçdə ikisini qadınlar, 115 milyonunu isə gənc oğlan və qızlar təşkil edir. İbtidai məktəb yaşlı 250 milyon uşaq oxuma, yazma və hesablama üzrə minimal təhsil standartlarını mənimsəməyib, 124 milyon uşaq isə məktəbə getməyib.

Bu il Beynəlxalq Savadlılıq Gününün 50-ci ildönümü qeyd edilir.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL