waplog

Sümüklərin “3D” skanetmə metodikası rentgeni əvəz edəcək


 İrlandiyanın Triniti Kollecinin tədqiqatçıları zəif sümükləri sınmazdan əvvəl müəyyənləşdirən üçölçülü skanetmə üsulu hazırlayıblar.

“ICTnews” Elektron Xəbər Xidməti “Rsute” resursuna istinadən yazır ki, Tori Qunnlauqsson və Ester Serenderin rəhbərliyi ilə kollecinin tədqiqatçılar qrupu İrlandiya Kral Cərrahlar Kollecinin (RCSI) əməkdaşları ilə insan sümükləri barədə informasiya əldə etməyə imkan verən müasir lüminessent maddə yaratmaq üçün bir araya gəlib. Onların yaratdığı metodika gələcəkdə rentgeni əvəz edə bilər.

Sümüyün üzərinə yerləşdirilən birləşmə onun zədəli nahiyələrinə nüfuz edərək onları ətraflı şəkildə ekranda göstərir. Bu müasir “3D” skanetmə üsulu gələcəkdə əksər hallarda skelet implantların quraşdırılmasının qarşısını alacaq. Texnologiya, həmçinin osteoporoz kimi degenerativ xəstəlikləri olan insanlar üçün xəbərdaredici sistem kimi işləyə bilir.  

Maddə qırmızı işıq verən təhlükəsiz bioloji nanoagentlər formalaşdıran mikroskopik qızıl strukturlardan ibarətdir. Onları sümük sınığı zamanı yaranan zəngin kalsium səthlər cəlb edir. Bunun sayəsində nanoagentlər hətta az zədələnən nahiyələri özlərinə tərəf çəkməklə şəkillərdə çartağları işıqlandırır.
Zədələr barədə xəbərdarlıq etməklə yanaşı, texnologiya rentgendən istifadə zərurətini aradan qaldırır. Bunun sayəsində xəstələr müayinə zamanı radiasiya təsirinə məruz qalmır.

Layihədə iştirak edən professor Kliv Linin sözlərinə görə, bu, sayı deyil, keyfiyyəti müəyyənləşdirən ilk haldır. “Mikroçartağları qeyd etmək və sonradan onları maqnit-rezonans terapiyası vasitəsilə müəyyənləşdirmək üçün nanoagentdən istifadə sayəsində biz yüksək sınma riskinə malik sümükləri aşkarlamaq və lazımi müalicəni təyin etmək niyyətindəyik. Zədələrin qarşısının alınması əməliyyat və implantlara tələbatı azaldacaq” - o əlavə edib.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL