waplog

Robot böyrəyin köçürülməsi üzrə iki əməliyyat edib


Sentyabrın əvvəlində iki Britaniya sakini böyrəyin köçürülməsi üzrə əməliyyat olunub. İlk baxışdan burada qeyri-adi heç nə olmasa da, bu, belə deyil. Çünki köçürmələri həkim deyil, robot cərrah edib.

“ICTnews” Elektron Xəbər Xidməti “Medportal” resursuna istinadən yazır ki, Sioban Morris və Endi Bruks robotun əməliyyat etdiyi böyrəyi transplantasiya edilən ilk xəstələr olub. Uğurlu keçən əməliyyatlar səliqəli və minimal zədələnmələrlə edilib. Operativ müdaxilədən sonra ağrıkəsici üçün yalnız paratsetamoldan istifadə edilib. Həkimlər qrupunun əməliyyat etdiyi xəstələrin adətən ağrılarının qarşısını almaq üçün morfin tələb olunur.

S.Morris üçün bu əməliyyat ikinci olub. O, ilk əməliyyatı anasının böyrəyinin köçürüldüyü 2007-ci ildə keçirib. Xəstə qeyd edib ki, bu dəfə əməliyyatdan sonra özünü çox yaxşı hiss edir, ağrı isə birinci dəfə olandan təxminən 80 faiz azdır. Onun üçün morfinə ehtiyac qalmayıb və artıq əməliyyatdan 3 gün sonra xəstəxanadan evə buraxılmaq istəyib.

E.Bruks güclü analgetik dərmanlardan yalnız transplantasiyadan 2 gün sonra istifadə edib. Sonrakı günlərdə ağrı intensiv olmayıb və paratsetamolla götürülüb. Əməliyyatdan sonra bərpa sürətlə keçib. Belə ki, şənbə günü əməliyyat olunan xəstə artıq növbəti həftə yerindən qalxa və gəzə bilib.

Mütəxəssislər əmindirlər ki, robot tərəfindən böyrəyin köçürülməsi üzrə əməliyyat edilən xəstələr üçün minimal dozada morfin lazım olacaq və ya belə ağrıkəsicilərə ümumiyyətlə ehtiyac qalmayacaq. Bu, onunla əlaqədardır ki, robot kiçik kəsik edir və nəticədə əməliyyat zamanı əmələ gələn zədələr minimal olur.

Nizam Nuriyev


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL