waplog

Bakıda internetin evə çatdırılmasında yeni texnologiyadan istifadə olunur


Paytaxtda yüksək keyfiyyətli internet xidmətlərinin yaradılması istiqamətində yeni layihələr həyata keçirilməkdədir.

Bu istiqamətdə “Azeronline” şirkəti Bakıda yüksəksürətli internet şəbəkəsinin inkişaf etdirilməsi istiqamətində işlərə başlayıb.

Artıq bu istiqamətdə “Grand Park” şəhərciyinin yüksəksürətli internetə qoşulması üzrə kommersiya layihəsinin istismarı uğurla həyata keçirilib.

Layihə çərçivəsində istehlakçılar FTTH (Fiber to the Home) texnologiyası ilə internetə qoşulurlar. Bu texnologiya sayəsində internetə optik lifli kabellər vasitəsilə giriş təmin edilir.

“Azeronline” şirkətinin GPON avadanlığı vasitəsi ilə həyata keçirdiyi sınaq testləri uğurlu alınıb.

Bu üsuldan istifadə olunması yüksəksürətli internetin əhatə dairəsini genişləndirməyə, həmçinin şəbəkənin qurulmasını tezləşdirməyə imkan yaradacaq.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL