waplog

Genişzolaqlı internetin inkişafına qoyulan investisiyaların həcmi artır


Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyi ilin əvvəlindən genişzolaqlı internet şəbəkəsinin inkişafına üç milyondan çox investisiya qoyub.

Bu barədə Aztelekom" İB-nin baş direktoru Məhəmməd Məmmədov bildirib. M.Məmmədovun sözlərinə görə, hazırda operator tərəfindən bir milyon manat məbləğində avadanlıq alınır.

"Avadanlığın tədarükü ayın sonlarına gözlənilir. Onun quraşdırılması ilin sonunadək başa çatacaq. Bununla yanaşı, BMT-nin inkişaf proqramı çərçivəsində üç milyon manatlıq əlavə avadanlığın alınmasını planlaşdırırıq".

M.Məmmədov bildirib ki, "Aztelekom" İstehsalat Birliyinin genişzolaqlı internet şəbəkəsi xidmətləri üzrə abunəçilərin sayı (özəl internet-servis-provayderlərin genişzolaqlı qoşulmaları nəzərə alınmaqla) 50 minə çatır.

Əlavə avadanlıqların alınması operatora öz genişzolaqlı portlarının sayını regional səviyyədə 30 min ədəd artırmağa imkan verir ki, bu da öz növbəsində, operator tərəfindən 20 rayon mərkəzində və 143 kənddə genişzolaqlı internet xidmətlərinin verilməsi imkanlarını genişləndirəcək.

Hazırda “AztelekomNet” genişzolaqlı internet-provayderinin istifadəçilərinin ümumi sayından 3,5 faizi kəndlərdə yerləşir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL