waplog

Yeni ən sürətli dron təqdim edilib


"Xcraft" şirkəti əlavə mühərrik sayəsində 160 km/saatadək sürət yığmağa imkan verən "Rogue" adlı yeni pilotsuz uçan aparat nümayiş etdirib. Dron əlavə sürətləndirməni əlavə mühərriki işə salacaq yeni rejimin aktivləşməsi zamanı alacaq.

"ICTnews" Elektron Xəbər Xidməti "Naked Science" resursuna istinadən yazır ki, "Rogue" məxsusi olaraq dron yarışlarının həvəskarları üçün yaradılıb ki, bu da iştirakçılara aparatda quraşdırılan kamera, real vaxtda təsviri kameradan eynəyə translyasiya edən virtual reallıq qarnituru sayəsində idarəetmə prosesinə tam qapılmağa imkan verir.

Məlumata görə, əvvəllər bu sahədə ən sürətli dronlar həvəskarlar tərəfindən müstəqil yaradılan və 150 km/saatadək sürət toplaya bilən pilotsuz uçan aparatlar olub. Lakin "Xcraft" bütün istifadəçilərin yararlana biləcəyi ən sürətli dron icad etmək qərarına gəlib. Beləliklə, "Xcraft Rogue" ən sürətli seriyalı dron olacaq.

Hazırda aparat beta sınaq mərhələsində olsa da, artıq onu şirkətin rəsmi saytı vasitəsilə əldə etmək mümkündür. Komplektləşməsi fərqlənən bir neçə versiyanı sifariş etmək olar. Belə ki, dron və xüsusi virtual reallıq eynəyinin daxil olduğu uçuşa tam hazır komplektin qiyməti 1000 dollar təşkil edir.

Nizam Nuriyev




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL