waplog

Smartfon asılılığından xilas olmağın yolu tapılıb


Hollandiyalı startapçı tərəfindən hazırlanmış “DistractaGone” adlı sadə qurğu smartfondan asılılığı azaldacaq. Smartfon asılılığından xilas olma üsulu çox sadə olsa da, amma son dərəcə səmərəlidir. İdeya müəllifləri layihənin reallaşdırılmasına lazım olan vəsaiti “Kickstarter”də toplayırlar.

“ICTnews” Elektron Xəbər Xidməti “mail.ru” saytına istinadən yazır ki, “DistractaGone” – bu, smartfonlar üçün xüsusi seyfdir: dörd qurğu yerləşdirmək mümkündür və “AA” tipli batareyalarla işləyir.

Asılılıqdan xilas olmaq üçün siz, sadəcə, smartfonu “DistractaGone” qurğusuna yerləşdirərək “taymer”i qurmalı, sonra isə üzərində qıfıl təsviri olan düyməni sıxmalısınız. “Taymer” bitməyənədək seyf açılmayacaq. Vaxt qurğunun qapağında qurulmuş ekranda əks olunur.

Qurğunun yaradıcıları bildirirlər ki, “DistractaGone” qurğusu dostlarla birlikdə vaxt keçirmək üçün mükəmməl vasitədir.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL