waplog

Xarab məhsulları bir dəqiqə ərzində müəyyənləşdirmək mümkün olacaq


Amerikalı alimlər tərəfindən hazırlanmış cihaz məhsulların xəstəlik törədən mikroorqanizmlərə yoluxmasını bir dəqiqədə müəyyənləşdirmək qabiliyyətinə malikdir. 15 dəqiqə sonra qurğu təsdiqlənmiş nəticə təqdim edir.

“ICTnews” Elektron Xəbər Xidməti “mail.ru” saytına istinadən yazır ki, qurğu mikroorqanizmlərin axtarışı üçün eyni anda iki metoddan istifadə edir: maqnit rezonansı və fluoressensiya yoxlaması. İki metoddan istifadə  hətta bakteriyaların azlığı zamanı nəticəni daha tez əldə etməyə imkan verir.

Diaqnostika 1 dəqiqə vaxt alır. Tədqiqata başladıqdan 15 dəqiqə sonra təsdiqlənmiş nəticəni əldə etmək mümkündür.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL