waplog

Alimlər dünyada ən kiçikölçülü güzgü yaradıblar


Pyer və Mariya Kyuri Universitetinin alimləri 2000 atomdan ibarət molekulyar miqyaslı güzgü yaratmağa nail olublar. Tədqiqat işinin nəticələri “Physical Review Letters” nəşrində təsvir edilib.

“ICTnews” Elektron Xəbər Xidməti “techcult.ru” saytına istinadən yazır ki, alimlər komandası nanogüzgü əldə etmək üçün nazik optik lifi sezium maddəsi atomlarının zənciri ilə birləşdirərək istifadə edib. Seziumun işığı əks etdirən atomlarının düzgün mövqelərdə dəqiq yerləşdirilməsi nəticəsində dünyada ən kiçikölçülü güzgü yaradılıb.

Bir neçə güzgünü düzgün qaydada yerləşdirməklə hətta müvəqqəti olaraq işığı tutub saxlamaq mümkün olub. Beləliklə, əldə edilmiş struktur xüsusi optik yaddaş qurğusu rolunda çıxış edərək optik impulsların qəbulu və saxlanılmasında istifadə edilə bilər. İxtiranın optik sxemlər və gələcəyin kompüterlərində tətbiqi mümkündür.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL