waplog

Yeni nanosensorlar xərçəng xəstəliyinin müalicəsində kömək edəcək


Alimlər tərəfindən yaradılmış nanosensorlar xərçəng şişini dəqiq təsvir edərək onun müəyyən müalicə növünə reaksiyası haqda məlumat formalaşdıra biləcək.

“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, xərçəng şişləri ilə mübarizə üçün yeni nanosensorlar Massaçusets Texnologiya İnstitutunun alimləri tərəfindən hazırlanıb. Sistem zülal zəncirindəki amin turşuları arasında peptid əlaqəni parçalayan proteolitik fermentlərin (proteazlar) tətbiqinə əsaslanıb. Xərçəng hüceyrələri öz mühitini yenidən qurmaq üçün məhz bu ferment tipindən istifadə edirlər.

Yeni tip sensorun adaptasiyasından sonra o, xərçəng şişinin davranışının nə qədər aqressiv olduğunu müəyyənləşdirə bilər ki, bu da həkimlərə hər bir pasiyent üçün uyğun müalicə seçməyə imkan verəcək.

Artıq laboratoriya siçanları üzərində yeni yanaşmadan istifadəyə əsaslanan sınaqlar keçirilib. Alimlər sınaqlar nəticəsində müəyyən dərman preparatlarından istifadə zamanı şişlərin davranışını proqnozlaşdıra biliblər.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL