waplog

2020-ci ilə mobil texnologiyalar üzrə qlobal xərclər 1.7 trilyon dolları ötəcək


“IDC” analitik şirkətinin qiymətləndirməsinə əsasən, 2016-cı ildə mobil texnologiyalar üzrə qlobal xərclər 1.5 trilyon ABŞ dolları təşkil edəcək. 2020-ci ilə bu göstəricinin 1.7 trilyon dolları ötəcəyi gözlənilir. Mütəxəssislərin hesablamasına görə, hər il mobil texnologiyalardan əldə olunan qlobal gəlir təxminən 40 milyard dollar artacaq.

“IDC”-nin mütəxəssisləri mobil texnologiyalar üzrə xərclər dedikdə ilk növbədə istehlakçı və korporativ müştərilərin smartfon, yığcam fərdi kompüter və planşet kimi qurğuların alışına xərci və mobil xidmətlərin (məsələn, internet və rabitə) ödənişi, həmçinin proqram təminatının satışı nəzərdə tutulur.

“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, mobil texnologiyalar bazarının yüksək inkişafına baxmayaraq, ekspertlər hələ bu sahədə korporativ xərclərin artımı üçün imkan görürlər. 2020-ci ilə proqram təminatı bazarında xərclərin həcmi 15% artacaq.

Mobil texnologiyalar üzrə xərclərin 50%-dən çox hissəsinin istehlak xərclərinin təşkil etməsinə baxmayaraq, “IDC” mobil məhsul və həllərə böyük vəsait ayıran bir neçə sahənin adını çəkib. 2020-ci ilə bank sektorunda mobil texnologiyalara yatırılan investisiyaların həcmi 100 milyard dolları ötməlidir.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL