waplog

Əli Abbasovun Fransa səfəri qarşı tərəfin böyük marağına səbəb olub


Fransanın Maliyyə Nazirliyinin internet səhifəsində (www.minefe.gouv. fr/ministere finances/besson/ericbesson econumeriq) “Fransa və Azərbaycan şirkətləri arasında “Telekommunikasiya və rəqəmsal televiziyaya dair ilk “dəyirmi masa” adlı yazı yerləşdirilmişdir.
Yazıda Fransanın sənaye, energetika və rəqəmsal iqtisadiyyat naziri Erik Bessonla Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov arasında keçirilmiş görüşdən ətraflı bəhs olunur. Bildirilir ki, bu görüşdə hər iki tərəfdən 15 şirkət iştirak etmiş, ölkələr arasında telekommunikasiya və rəqəmli iqtisadiyyat sahəsində əməkdaşlıq məsələləri geniş müzakirə edilmişdir. Həmçinin, nazirlər Azərbaycanda milli peyk sənayesinin yaradılması, telekommunikasiya üzrə ilk peykin orbitə çıxarılması, milli rəqəmsal televizorların istifadəyə verilməsi innovasiyadan istifadə haqqında da fikirlərini bölüşmüşlər.
“Dəyirmi masa”da Arianespace, Thales, Viaccess, Thomson, Dövlət Adiovizuel institutu kimi sənaye sahələri ilə əməkdaşlığa dair də fikir mübadiləsi aparılmışdır. 2012-ci ilin sonunda Arianespace ölkəmizin “AzərSpaces” telekommunikasiyanın ilk peykini işə salınması barədə ümumi razılıq əldə edildiyi bildirilir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL