waplog

Cəbhəyanı rayonlarda yaşayan əhali üçün "Elektron hökumət" mövzusunda seminarlar keçiriləcək


Cəbhəyanı rayonlarda yaşayan əhali üçün "Elektron hökumət" mövzusunda seminarlar keçiriləcək. 21-22 oktyabr Bərdə və Tərtər, 4-5 noyabr tarixlərində isə Ağdam və Goranboy rayonlarında baş tutacaq seminarların keçirilməsində məqsəd "Elektron hökumət", elektron xidmətlər barədə region əhalisinə məlumat vermək, əhalini bu sahədə həyata keçirilən islahatlardan faydalanmağa dəvət etməkdir.
 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə dəstəyi ilə “Vətənpərvər Maarifçi Gənclər” İctimai Birliyi tərəfindən təşkil olunan seminarlar məmur-vətəndaş təmasının maksimum azaldılmasına, şəffaflığın və rüşvətxorluğun aradan qaldırılmasına istiqamətlənən dövlət siyasətinə ictimai dəstək məqsədi daşıyır.
 
Tədbirdə iştirak etmək istəyənlər (+994) 55 267 00 61 nömrəli telefon vasitəsi ilə müraciət edə bilərlər.


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL