waplog

“WhatsApp” messenceri “Android” qurğularında videozəng funksiyasını aktivləşdirir


“Facebook” şirkətinə məxsus “WhatsApp” messenceri tədricən “Android” platforması ilə işləyən qurğularda videozəng funksiyasını aktivləşdirir. Hələ ki yeni funksiya bütün istifadəçilər üçün əlçatan deyil.

“Android Police” saytı yazır ki, artıq “WhatsApp” messencerinin ən son beta versiyasında (2.16.318) kamera vasitəsilə ünsiyyət saxlamaq olar, amma internetdən “APK” faylını yükləmək lazımdır. Yaxın günlərdə videozəng funksiyasının geniş kütlə üçün əlçatan ediləcəyi gözlənilir.

“ICTnews” Elektron Xəbər Xidməti “vesti.ru” saytına istinadən yazır ki, danışıq zamanı səsi alaraq smartfonun arxa və ön kameraları arasında keçid etmək olar.

“WhatsApp” dünyada ən populyar mobil proqramlardan biridir. Auditoriyası 1 milyardı ötür. Messencer mobil qurğularda (“Android”, “iOS”, “Blackberry” və “Windows Phone”), həm də kompüterlərdə (“Windows”, “macOS”) əlçatandır.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL