waplog

Yeni tip məlumat daşıyıcısı yaradılıb


Amerikalı fiziklər yeni yığcam məlumat daşıyıcısı təqdim ediblər. Tədqiqat “Science Advances” jurnalında dərc edilib.

Fiziklər tərəfindən yaradılmış üçölçülü almaz çipində yaddaşın saxlanılması üçün azotla əvəz edilmiş vakansiyalardan (karbon atomunun ləğvi və onun azot atomu ilə əvəz edilməsi zaman yaranan kristal qəfəs defekti) istifadə olunur.

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, bu, azotun atomlarının spinlərinin manipulyasiyası üçün geniş imkanlar  açır ki, bu da müəlliflər tərəfindən lazerin köməyi ilə informasiyanın yazılması üçün istifadə olunub.

“DVD” və “Blu-Ray” formatlı məlumat daşıyıcılarından fərqli olaraq, fiziklər yazılmış informasiyanın sıxlığı ilə bağlı məhdudiyyəti aradan qaldırmağa nail olublar.

Prototip qurğuya yazılmış informasiyanın sıxlığı “Blu-Ray” ilə müqayisədə 100 min dəfə yüksək olub. Bundan başqa, müəlliflər bildiriblər ki, çipdəki informasiya qeyri-məhdud sayda yenidən yazıla bilər.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL