waplog

Bir-biri ilə şəbəkədən kənar əlaqə yarada bilən “SİM” kartlar yaradılıb


Kembric Universitetinin alimləri tərəfindən hazırlanmış yeni texnologiya internetə çıxışı olmayan rayonlarda mobil ödənişləri etməyə imkan verir.

Bu məqsədlə yaradılmış nazik elektron çip “SİM” kartın yuxarı hissəsinə bərkidildikdən sonra mobil telefona taxılır. Bu çipin daxilində yerləşdirilmiş qurğu iki telefon arasında “SMS” mesajlardan istifadə etmədən əməliyyatlar həyata keçirməyə imkan verir.

“ICTnews” Elektron Xəbər Xidməti “cnews.ru” saytına istinadən yazır ki, pul köçürülməsi zamanı çip tərəfindən yaradılmış səkkizrəqəmli kod qurğular tərəfindən yoxlanılır: kod uyğun gəldiyi halda pul köçürülməsi uğurla həyata keçirilir. İnternetə qoşulma zamanı tranzaksiya haqda informasiya mobil ödənişlər sisteminin serverlərindəki tarixçədə qeydə alınır.

İstehsalçılar bildiriblər ki, yeni texnologiya smartfonlara aid deyil, “Bluetooth”, “NFC” texnologiyaları olmayan ən sadə cihazları əhatə edir.

“DigiTally” layihəsi, ilk növbədə, ənənəvi bank infrastrukturu mövcud olmayan regionlarda reallaşdırıla bilər. Bir qayda olaraq, belə ərazilərdə, həmçinin mobil rabitə qüllələrinin şəbəkəsi yoxdur, buna görə öz işində “SMS” mesajlardan istifadə edən mobil ödəmə xidmətləri orada işləmir.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL