waplog

Qanaxmanı dayandıran zirehli jilet hazırlanıb


ABŞ Dəniz Piyada Qoşunlarının əsgəri Metyu Lonq yaralı əsgərin qanaxmasını dayandıran qeyri-adi zirehli jilet hazırlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “Naked Science” resursuna istinadən yazır ki, zirehli və amortizasiya edən qatların, eləcə də yaralanma zamanı qanaxmanı dayandıra bilən qatın olması jiletin fərqli xüsusiyyətidir. Bu, əvvəllər kömək etməyin qeyri-mümkün olduğu əsgərin həyatını xilas etməyə imkan verəcək.

Hazırkı zirehli jiletlər müxtəlif mühafizə səviyyəsini təmin edən bir neçə qatla təchiz edilib. ABŞ dəniz piyada əsgərləri sıx kevler ekranların quraşdırıldığı zirehli jiletlərə malikdirlər. Bunun sayəsində 9 mm kalibrli qəlpə və güllələrdən yüksək səviyyədə qorunmaq mümkün olur. Bundan başqa, əsgəri avtomat atəşindən qorumaq üçün iki keramik plastin quraşdırmaq olar.  

M.Lonq kəşf etdiyi jiletdə ağrıkəsici və hemostatik dərmanlar qatışığının olduğu maye keçirməyən nazik paket tətbiq edib. Paketin güclü zərbələrə davamlı olmasına baxmayaraq güllə zirehli jileti deşib keçəndə zədələnə bilər.

ABŞ hərbi rəhbərliyi M.Lonqun texnologiyasına böyük maraq göstərərək onu “DARPA” Agentliyinin laboratoriyalarından birində çalışmağa göndərib. Perspektivdə yeni zirehli jiletin prototipinin yaradılması, sonradan seriyalı istehsalı nəzərdə tutulur.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL