waplog

Elastik şəffaf maye kristal ekranların yaradılması texnologiyası hazırlanıb


Yapon alimləri elastik şəffaf maye kristal ekranların yaradılması texnologiyasını hazırlayıblar. Yenilik 2016-cı ilin mayında Beynəlxalq İnformasiya Displeyləri Cəmiyyətinin simpoziumunda qismən təqdim edilib, indi isə Toxoku Universitetinin press-relizində bu barədə yazılıb.

“ICTnews” Elektron Xəbər Xidməti “nplus1.ru” saytına istinadən yazır ki, son zamanlar elastik ekranlara maraq artıb. Bir çox şirkətlər elastik ekran texnologiyasına əsaslanan qatlanan planşetlər, rulon formasında açılan displey kimi qurğuların hazırlanması ilə məşğuldur. Bununla belə, orqanik işıq diodları (“OLED”) texnologiyası əsasında hazırlanmış belə ekranların mövcud prototiplərinin əksəriyyəti oksigen və su buxarı üçün yüksək təsirlilik baxımından qeyri-stabildir. Bundan başqa, hələ ki, böyük ölçü, yüksək təsvir ölçüsü və aşağı dəyərə malik elastik “OLED” ekranlarının yaradılması texnologiyası hazırlanmayıb.

Toxoku Universitetinin əməkdaşları elastik ekranda maye kristallardan istifadəyə qərar veriblər, sonuncu “OLED” kimi su və havanın təsiri nəticəsində çürümür. Bundan başqa, maye kristallar əsasında mövcud  texnologiyaların köməyi ilə böyük ölçülü və ucuz ekranlar istehsal etmək olar.

Tədqiqat işi müəlliflərinin fikrincə, onların texnologiyası mobil informasiya terminallarında, daşınan qurğularda, avtomobil ekranlarında və böyük rəqəmli göstəricilərdə tətbiq edilə bilər.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL