waplog

“Ağıllı” kuklalar uşaqları izləyir


Norveç İstehlakçıların hüquqlarının müdafiəsi şurası internetə qoşulmuş ABŞ-ın “Genesis Toys” şirkəti tərəfindən düzəldilmiş uşaq oyuncaqlarını şəxsi həyatın toxunulmazlığı hüququnu pozmaqda ifşa edib. Məlum olub ki, "ağıllı" “My Friend Cayla” və “i-Que” kuklaları uşaqlar arasındakı dialoqu yazaraq “Nuance” (nitqin tanınması texnologiyaları üzrə ən böyük istehsalçılardan biri) şirkətinə göndərir və sonuncu səs faylları üzərində istədiyi kimi davranmaq hüququna malikdir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, bu halda “Genesis Toys” şirkətinin hərəkəti qaydalara zidd deyil. İstifadəçi razılaşmasında yazılıb ki, şirkət "hədəflənmiş" reklam üçün səs məlumatlarından istifadə edə və onları üçüncü şəxslərlə paylaşa bilər. Ancaq hüquq müdafiəçiləri məlumat veriblər ki, istehsalçı şirkət valideynlərə uşaqlarının səsinin marketinq üçün istifadə edilə biləcəyinə dair xəbərdarlıq etmir.
 
"Casus" oyuncaqların qablaşdırılmasında “Mən səni tanıyıram” şüarı yazılıb. Nəticədə “ağıllı” gəlincikləri satışdan çıxarmaq tələbi ilə ABŞ-ın Federal Ticarət Komissiyası və Avropanın tənzimləyici orqanlarına şikayət edib.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL