waplog

“Amazon” onlayn mağazasında 1 milyondan çox kitab var


“Amazon” onlayn mağazasında istifadəçilərə “Kindle” rideri üçün artıq 1 milyondan çox elektron kitab təqdim edilib.

Bu barədə “Amazon”un yeni “Kindle Fire” planşetinin təqdimatına həsr edilmiş mətbuat konfransında (Nyu-York) şirkətin rəhbəri Ceff Bizos bildirib.

Ceff Bizos qeyd edib ki, 4 il bundan əvvəl “Amazon” onlayn mağazasında cəmi 90 min kitab var idi. Bu gün isə bizdə 1 milyondan çox kitab var.

Onlayn riteyl nəhənginin rəhbərinin sözlərinə görə, “Kindle” riderinin uğur əldə etməsinin yeganə yolu yalnız qurğunun özünə deyil, həm də onlar üçün məzmuna, elektron kitablara tələbat yaratmaq idi. Hal-hazırda “Kindle” bazarda ən məşhur elektron riderdir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL