waplog

“Bluetooth 5” standartı rəsmən təsdiq edilib


“Bluetooth Special Interest Group” (“Bluetooth SIG”) təşkilatı cari ilin iyununda elan edilmiş “Bluetooth 5” simsiz rabitə standartını rəsmən təsdiqləyib. Yeni standart bir sıra göstəricilərə görə “Bluetooth” texnologiyasının indiki nəslini xeyli üstələyir.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.newsru.ru” saytına istinadən yazır ki, məlumata görə, “Bluetooth 5” rabitə standartı 4 dəfə böyük hərəkət radiusuna malikdir və dördüncü nəsil “Bluetooth” rabitə standartı ilə müqayisədə məlumatların ötürülmə sürəti iki dəfə yüksəkdir. Bundan başqa, “Bluetooth 5” standartında simsiz qurğu ilə qoşulma olmadan göndərilən məlumatların tutumu 8 dəfə artırılıb.

“Bluetooth 5” standartının tətbiqi ev və ya bütün binanı rabitə ilə təmin etməklə “əşyalar interneti”nin inkişafına səbəb olacaq, yüksək sürət daha  məhsuldar qurğulardan istifadəyə imkan verəcək. Həmçinin “Bluetooth” standartından istifadə başqa simsiz rabitə texnologiyalarından istifadə zamanı yarana bilən mümkün maneələri azaldacaq.

“Bluetooth 5” dəstəkli ilk istehlak qurğularının yaxın iki-üç ayda bazarda əlçatan olacağı gözlənilir.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL