waplog

Çin istehsalçısı köhnə qurğuların dəstəklənməsini dayandırmayacaq


Çinin “Huawei” şirkəti hazırda dünyada böyüklüyünə görə üçüncü smartfon istehsalçısıdır. Bu yaxınlarda şirkət rəhbəri Riçard Yu iki ilə “Apple” şirkətini ötərək smartfonlar bazarında ikinci yeri tutmaq, 2021-ci ilədək isə “Samsung” şirkətini geridə qoymaq niyyətində olmasını bəyan edib. Məhz bu səbəbdən “Huawei” başqa şirkətdən asılılığını azaltmaq üçün əlindən gələni edərək öz istehsalı olan prosessorlardan istifadəyə keçib və “Android” əsasında “EMUI” istifadəçi interfeysini aktiv inkişaf etdirir. Bu dəfə isə şirkət “EMUI” interfeysinin yaxşılaşdırılması ilə bağlı planlarını açıqlayıb.

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, “EMUI” interfeysi 4.1 versiyasınadək enerjidən qənaət baxımından çox aqressiv işləyərək avtonomluğu daim fon prosessorlarının bağlanması yolu ilə artırıb. Bu, həqiqətən qurğuların işləmə vaxtına müsbət təsir göstərib, lakin buna görə əksər əlavələr yeni məktub və ya xəbər alanda bildiriş göndərmirdilər. İstifadəçi yalnız əlavəni əllə açanda ona kiminsə zəng etdiyini bilirdi və ya sistemə onu fonda bağlamağı qadağan edirdi. Bu səbəbdən lazımi nəticəni əldə etmək üçün funksiyaları sazlamaq tələb olunurdu. “EMUI 5.0” istifadəçi interfeysində şirkət bu problemi qismən həll edərək hansı proqramların fon rejimində işləməsi, enerjiyə qənaət üçün hansılarının bağlanması ilə bağlı qərarın istifadəçilər tərəfindən qəbul edilməsinə şərait yaradıb.

Çin istehsalçısının proqram təminatı şöbəsinin mütəxəssisi Kristof Koutell bildirib ki, şirkət interfeysin gələcək versiyalarında bildirişlərlə bağlı problemin həllinə böyük diqqət yetirərək yaxşı avtonom iş rejimini saxlayacaq. Bu məqsədlə istehsalçı istifadəçinin davranışını təhlil edərək fon rejimində hansı əlavələrin tez-tez istifadə olunması və digər amillər əsasında aktiv qalması ilə bağlı qərar qəbul edən kompüter təlimi alqoritmlərindən istifadə etmək niyyətindədir. Onu da qeyd etmək lazımdır ki, hesablamaların hamısı “bulud”da deyil, internetə qoşulmadan qurğuda aparılacaq.

Bildirilir ki, çoxlarını qurğuların dəstəklənməsi ilə bağlı məsələ maraqlandırır. Bundan əvvəl şirkət “Android 7.0 Nougat” sistemi əsasında “EMUI 5.0” interfeysinədək yenilənəcək qurğuların siyahısını açıqlayıb. Əvvəlki modellər üçün yenilənmə yalnız “Mate 8” smartfonuna şamil ediləcəyi halda qabaqcıl "Huawei P8” bu prosesdən kənarda qalacaq. Buna baxmayaraq şirkət “EMUI 4.1” interfeysini dəstəkləməkdə davam edərək yeni interfeysdən funksiyalar əlavə edəcəyini və “patch” təhlükəsizlik sistemləri buraxacağını bildirir.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL