waplog

“HTML5” standartına keçidin vaxtı bəlli olub


Ötən həftə "Google" şirkəti "Chrome" brauzerini 55-ci versiyayadək yeniləyib və başlıca dəyişiklik kimi "Flash" pleyerinin avtomatik söndürülməsini edib. Bununla şirkət "HTML5" kimi daha müasir, enerjiyə qənaətcil və təhlükəsiz həldən istifadəyə tam keçib. Bu yaxınlarda "Google" bloqunda "Chrome" brauzerində "Flash" peleyerindən istifadədən imtina prosesi və buna sərf ediləcək vaxtla bağlı ətraflı məlumat verib. "Google" brauzerində artıq "Flash"dən avtomatik istifadə olunmasa da, saytlarda belə kontent olan zaman istifadəçi pleyerin işə salınması üçün sorğunu görə bilir.

"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, problemin yaranmaması üçün "Google" dərhal "Flash"dən imtina edərək "HTML5" standartına keçməyi planlaşdırmır. İlk 5 gün ərzində "HTML5" stabil "Chrome 55" versiyası istifadəçilərinin yalnız 1 faizində avtomatik aktiv olacaq. Sonradan dəyişiklik "Chrome 56" beta versiyası istifadəçilərinin 50 faizinə şamil ediləcək. "HTML5" standartına tam keçid "Chrome 56" brauzerinin 2017-ci ilin fevralında stabil versiyasının təqdim edilməsi ilə baş verəcək.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL