waplog

Alimlər smartfonların köməyi ilə 400 zəlzələ qeydə alıblar


Kaliforniya Universitetinin mütəxəssisləri tərəfindən hazırlanmış “MyShake” mobil proqramı cari ilin fevralından təxminən 400 zəlzələ hadisəsini qeydə alıblar.

“ICTnews” Elektron Xəbər Xidməti news.rambler.ru saytına istinadən yazır ki, “Android” mobil əməliyyat sistemində işləyən proqram yeraltı təkanları izləmək üçün smartfonun akselerometrindən istifadə edir və toplanılmış məlumatları sonrakı analiz üçün Berkli Seysmoloji laboratoriyasına göndərir. İstehsalçıların əsas məqsədi istifadəçilərə zəlzələ ilə bağlı bir neçə dəqiqə ərzində xəbərdarlıq etməkdir. Bu vaxt sığınacaq tapmaq və zəlzələ vaxtı zərər görə bilən avadanlığı söndürmək üçün kifayətdir.

Proqram tərəfindən qeydə alına bilən minimum maqnituda 2.5-dir. Bu gün artıq 220 min istifadəçi sözügedən proqramı quraşdırıb.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL