waplog

200 dollarlıq planşet satışa çıxarılıb


Gözlənildiyi kimi, sentyabr ayının 28-də “Amazon” şirkəti “Kindle Fire” planşetini təqdim edib. Korporasiyanın rəhbəri Ceff Bezos xarici görünüşünə görə “BlackBerry PlayBook”-u xatırladan qurğunu təqdim edib. Yenilik 7 düymlü “İPS”-ekranla təchiz edilib və 2 nüvəli prosessor əsasında hazırlanıb.

“Kindle Fire” planşeti “Amazon” xidmətləri - musiqi, kitab, axın videosunun kirayə xidməti, "bulud" anbarı və proqramlar mağazası ilə əlaqələndirilib. Veb-sörfinq üçün şirkətin "bulud" imkanlarından istifadə edən məhsuldar “Amazon Silk” səyyahı nəzərdə tutulub.

“Kindle Fire” planşeti “Wi-Fi” moduluna malikdir, lakin “3G”-ni dəstəkləmir və kamera yoxdur. Planşetin qiyməti 199 dollar təşkil edir. Qurğunu indidən sifariş etmək olar, o, noyabr ayının 15-də çıxarılacaq.

Modelin ölçüləri 190x120x11,4 millimetr, çəkisi 413 qram təşkil edir. “Gorilla Glass” şüşəsi ilə qorunan ekranın kəskinliyi 1024x600 piksel təşkil edir. “Kindle Fire” planşetinin avtonom iş müddəti söndürülmüş “Wi-Fi” ilə videoya baxma rejimində 7 saat yarımdır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL