waplog

Avropa İttifaqı internetlə rabitə xidmətləri göstərən servislər üçün tələbləri sərtləşdirəcək


Avropa İttifaqı (Aİ) “Skype” və “WhatsApp” kimi internet vasitəsilə rabitə xidmətləri göstərən servislər üçün tələblər siyahısını genişləndirmək niyyətindədir. Məsələn, Aİ servislərin istifadəçilərin təhlükəsizlik və məxfiliyinin təmini üzrə yeni normalara necə əməl etmələri üzərində nəzarəti gücləndirməyi planlaşdırır. Bu barədə “Reuters” agentliyi Avropa Komissiyasının qanunverici təklifinə istinadən məlumat verib.

“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, sənədə görə, qanunvericilik normaları internet vasitəsilə rabitə xidmətləri göstərən servisləri rabitənin məxfiliyinə və məlumatların alınması və emalı üçün istifadəçilərin razılığının alınmasına zəmanət verməyə məcbur edəcək. Tələbləri pozanları şirkətlərin dünya üzrə dövriyyələrinin 4 faizi miqdarında cərimə gözləyir.

Məlumata görə, Avropa Komissiyasının nümayəndəsi qanun layihəsini şərh etməkdən imtina edərək yeni normaların 2018-ci ildə qüvvəyə minəcək məlumatların mühafizəsi haqqında qaydalara uyğunlaşdırılacağını bildirib. Həmçinin komissiya “cookie” faylları haqqında qanunun müddəalarına yenidən baxacaq və internet saytlarına “cookie” faylları brauzerində informasiyasının yazılmasına görə istifadəçidən icazə almamağa (istifadəçi əvvəlcədən onların brauzer funksiyalarında yerləşdirilməsinə icazə verdiyi halda) ixtiyar verəcək. Qüvvədə olan qaydalara görə, internet resursları “cookie” fayllarının yerləşdirilməsinə görə istifadəçilərdən icazə alır və onlardan hansı məqsədlər üçün istifadə edilməsini izah edirlər.

Yeni tələblərin 2017-ci ilin yanvarında təqdim ediləcəyi gözlənilir.

Nizam Nuriyev


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL