waplog

Avstraliyalı alimlər almazdan 60% daha möhkəm mineral yaradıblar


Avstraliya Milli Universitetindən olan alimlər qrupu tərəfindən hazırlanmış süni almaz təbii almazdan 60% daha möhkəmdir. Yeni material bəzi meteorit kraterlərdə rast gəlinən təbii mineralın bir növüdür.

“ICTnews” Elektron Xəbər Xidməti “techcult.ru” saytına istinadən yazır ki, ilk dəfə bu mineral 1967-ci ildə İblis Kanyonunda meteoritin düşdüyü yerdə aşkar edilib və o vaxtdan alimlər bir neçə dəfə laboratoriyada bu materialı yenidən yaratmağa cəhd ediblər. Ancaq standart texnologiya təxminən 1000 selsi dərəcə temperatur tələb edirdi ki, bu da prosesi xeyli çətinləşdirmişdi.

Avstraliyalı alimlər tərəfindən tətbiq edilmiş texnologiya bu mineralların yer qabığının dərinliyində formalaşması üçün ultrayüksək təzyiq yaratmağa imkan verib. Bu halda cari proses üçün 400 selsi dərəcə temperatur lazım olub ki, bu da metodu xeyli sadələşdirir və hazır mineralın dəyərini azaldır.

Yeni çox möhkəm almazlar mədənçıxarma sənayesində tətbiq ediləcək.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL