waplog

Ən yüngül noutbuk təqdim edilib


“Samsung” şirkəti nazik korpuslu yenilənmiş kompakt “Notebook 9” noutbukunu təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, “Samsung Notebook 9” yüksək məhsuldarlığı təmin etməklə portativliyin bütün üstünlüklərini saxlayır. Çəkisi 800 qram təşkil edən 13,3 düym ekranlı qurğu hazırda bazarda ən yüngül noutbuk hesab edilir. Noutbukun displeyi 180 dərəcə əyilir ki, bu da təqdimat və fotoşəkillərin nümayişi zamanı xüsusilə rahatlıq yaradır.

Məlumata görə, “Notebook 9” dəmir korpus və “Micro Arc Oxidation” (MAO) texnologiyasından hazırlanması sayəsində yüksək möhkəmliyə, deformasiya və temperatur təsirlərinə qarşı davamlılığı ilə seçilir. Qurğu yeddinci nəsil “Intel Core i5” və ya “Intel Core i7” prosessoru ilə təchiz edilib. Batareya enerji toplamadan 7 saatlıq avtonom işi təmin edir ki, bu da ofisdə birgünlük iş üçün kifayətdir. İstifadəçilər noutbuku 80 dəqiqəyə 0-100%-dək enerji ilə doldura bilərlər, o cümlədən 20 dəqiqəyə toplanmış enerji onu 2 saatlıq işlə təmin edəcək. “USB Type-C” çıxışı noutbuku smartfon adapteri vasitəsilə enerji ilə doldurmağa, eləcə də digər displeylərə qoşulmağa və faylları yüksək sürətlə ötürməyə imkan verəcək.

“Samsung Notebook 9” quraşdırılmış barmaq izi ötürücüsünü, eləcə də "Window Hello” sistemini dəstəkləyir. Bu, “Windows 10” sistemindəki şəxsi istifadəçi məlumatlarına parolu daxil etmədən çıxış əldə etməyə şərait yaradır. Qurğuda istifadə edilən “Samsung RealView Display” texnologiyası displeyin yüksək parlaqlıq səviyyəsini və geniş baxış bucağını dəstəkləyir. Burada, həmçinin birbaşa günəş şüaları altında işləyən zaman ekranın parlaqlığını artıran “Outdoor Mode” rejimi yer alıb.

Hazırda noutbukun qiyməti və satışa nə vaxt çıxarılması barədə məlumat verilmir. Ətraflı məlumatın “CES 2017” sərgisində təqdim ediləcəyi gözlənilir.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL