waplog

Optik disklərin tutumunun milyon dəfə artırılması texnologiyası hazırlanıb


Kazan Federal Universiteti, London İmperiya Kolleci və Harvard Universitetindən olan alimlər optik disklərdə informasiyanın saxlama sıxlığı göstəricisini milyon dəfə artırmağa imkan verən yeni yazma və saxlama texnologiyasını hazırlayıblar.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-news.ru” saytına istinadən yazır ki, mütəxəssislər izah edirlər ki, indi yazma sıxlığı və maksimum tutum göstəricilərinin məhdudiyyətinin əsas səbəbi fizikanın əsas qanunlarıdır. Alimlər məhz bu məhdudiyyəti aradan qaldırmaqla məşğul olublar. Kazan Federal Universitetinin mütəxəssisi Serqey Xarinsevin sözlərinə görə, məsələnin həlli tapılıb.

Alimlər tərəfindən hazırlanmış yeni informasiya yazma texnologiyası kvadrat desimetrə təxminən 100 terabayt informasiya saxlanılması sıxlığına nail olmağa imkan verir ki, bu da ən tutumlu sərt disklərdə müvafiq göstəricidən 38 dəfə yüksəkdir və gələcəkdə sıxlıq kvadrat desimetrə 1 petabayta qədər artırıla bilər ki, bu da adi “DVD” diskdəki yazma sıxlığından milyon dəfə yüksəkdir.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL