waplog

Smartfonların dizaynını dəyişəcək texnologiya təqdim olunub


Ötən ilin sonunda "Synaptics" şirkətinin nümayiş etdirdiyi mobil qurğunun qoruyucu şüşəsinin altında yerləşdirilə bilən yeni "Natural ID" barmaq izi optik skanerinin yaxın gələcəkdə smartfonlarda tətbiq ediləcəyi gözlənilir. Bu dəfə isə şirkət Las-Veqasda keçirilən "CES 2017" sərgisində yeni texnologiyanı praktiki göstərib.  
 
"ICTnews" Elektron Xəbər Xidməti "IGgate" resursuna istinadən yazır ki, yeni sistemə yuxarıda qeyd edilən daktiloskopik sensor, eləcə də sifətin tanınması texnologiyası daxildir. Bu, smartfonları blokdan bu və ya digər halda daha asan üsulla çıxarmağa imkan verəcək. Məsələn, istifadəçi şaxtalı gündə küçədə olan zaman bunu əlcəkləri çıxarmadan - sadəcə, qurğuya baxmaqla edə biləcək. Texnologiyadan, həmçinin bank əməliyyatlarının mühafizəsi üçün istifadəsi nəzərdə tutulur.
 
Məlumata görə, barmaq izi optik sensoru izi 1 mm qalınlığında mühafizəli şüşədən, o cümlədən dəyirmi 2,5D şüşədən tanıyır. Bu, sensoru mobil qurğulara ekranın altındakı fiziki düymə olmadan quraşdırmağa imkan verir. Həmçinin həqiqi barmaq izlərini saxta barmaq izlərindən fərqləndirmək üçün süni intellekt texnologiyasından istifadə edən sensorlar enerji sərfiyyatını azaldır.
Qeyd edək ki, "Synaptics" şirkətinin həllərindən "Apple" smartfonlarında istifadə olunur. ABŞ istehsalçısı bu il buraxılması gözlənilən "iPhone 8" modelinin üst tərəfini şüşə ilə örtərək düymələrin tam ləğvini planlaşdırır.
 
Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL