waplog

Əhaliyə “Elektron imza” güzəştli qiymətlərlə veriləcək


Məlum olduğu kimi, respublikada elektron imzanın istifadəsinin təşkili üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən Milli Sertifikat Xidmətləri Mərkəzinin (MSXM) yaradılması başa çatdırılmış və elektron imzanın tətbiqinə başlanılmışdır.

MSXM-in tərkibində dövlət orqanları, vətəndaşlar və biznes qurumlara elektron imza xidmətləri göstərən “Hökumət orqanları sertifikasiya xidməti mərkəzi” və “Elektron hökumət sertifikasiya xidməti mərkəzi” təşkil edilmişdir.

Elektron xidmətlərin elektron imzanın tətbiqi ilə həyata keçirilməsi üçün zəruri tədbirlərin görülməsi məqsədilə mərkəzi icra hakimiyyəti orqanlarına müraciət olunmuşdur.

Hüquqi və fiziki şəxslərə elektron imza xidmətlərinin respublikanın poçt şöbələrində yaradılan qeydiyyat mərkəzlərində göstərilməsi nəzərdə tutulur.

Elektron imzadan istifadə qiymətləri beynəlxalq təcrübə nəzərə alınmaqla müəyyən olunmuş və iqtisadi cəhətdən əsaslandırılmışdır. Əhali üçün güzəştli qiymətlər tətbiq edilmişdir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL