waplog

İlya Fedetov: “Azərbaycanda mobil rabitə sürətlə inkişaf edib”


“Azərbaycanda informasiya və kommunikasiya texnologiyalarının, xüsusən də mobil rabitə şəbəkəsinin inkişafını yüksək qiymətləndirirəm”. Bunu “Samsunq Elektronics” şirkətinin MDB ofisinin mobil telefon marketinq şöbəsinin müdiri İlya Fedetov deyib. O bildirib ki, Azərbaycanda bu sahənin inkişaf etməsi və adambaşına düşən göstəriciyə görə MDB ölkələri sırasında liderliyə yüksəlməsi təqdirəlayiq haldır. “Azərbaycanda mobil telefonlar, xüsusilə də smartfonlara olan tələbat çox yüksəkdir. Bu, istehsalçıların böyük marağına səbəb olub. Təmsil etdiyim şirkət üçün də Azərbaycan bazarı olduqca əlverişlidir” - deyə o qeyd edib.
Qeyd edək ki, ölkəmizdə böyük müştəri kontingenti olan “Samsunq Elektronics” mobil qurğularla yanaşı, digər məişət texnikasının istehsalına görə də dünya lideridir. Şirkətin Bakı ilə yanaşı, rayonlarda da diller şəbəkələri mövcuddur.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL